Logo

ADPU-nun Praktik Bacarıqlar Mərkəzinin növbəti  onlayn seminarı keçirilib

10.05.2021 10:59 1430 baxış
IMG

Mayın 8-də keçirilən ADPU-nun Fizika fakültəsinin Praktik Bacarıqlar Mərkəzinin onlayn seminarında “Ümumi fizika” kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Sakin Cabarov “Beynəlxalq elmi bazalarda indekslənən jurnallarda çap olunan məqalələrə qoyulan tələblər” mövzusunda çıxış edib. 


Seminarı giriş sözü ilə açan Praktik Bacarıqlar Mərkəzinin rəhbəri, dosent Dilbər Əliyeva məruzəçini seminar iştirakçılarına təqdim edib. Müasir dövrdə Azərbaycanın fizika üzrə ən gənc elmlər doktoru olan dos. S. Cabarov beynəlxalq akademik bazalarda  indekslənən  yüksək impakt faktorlu elmi jurnallarda dərc olunan çoxsaylı məqalələrin müəllifidir.


 O, beynəlxalq jurnallarda çap olunan məqalələrin yazılma qaydaları, mövzunun işlənilməsi zamanı seçilmiş tədqiqat metodları, müasir proqram təminatından istifadə, nəticələrin analiz edilməsi haqqında ətraflı məlumat verərək həmçinin, çıxışında jurnalların seçilməsi, məqalələrin yüklənilməsi məsələlərinə də toxunub. Məruzəçi “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazaların məqalələrə verdiyi tələbləri diqqətə çatdırıb. Seminarın gedişində “Ümumi fizika” kafedrasının müdiri, dosent Cahangir Hüseynov, dosent Aydın Ələkbərov, dosent Dilbər Əliyeva mövzunun aktuallığından danışıblar.


Yekununda fakültənin dekanı, dosent Arzu Daşdəmirov məruzəçiyə təşəkkürünü bildirib, belə seminarların təşkilinin zəruri olduğunu qeyd edib.  
Seminarda Fizika fakültəsinin professor-müəllim heyəti, magistrantlar, doktorantlar və tələbələr iştirak edib.

Xəbər lenti